Salah "Liverpul"da qalır - RƏSMİ
İdman
"Liverpul" hücumçusu Məhəmməd Salahla müqaviləni uzadıb.
News24.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Mersisayd təmsilçisi müqavilənin detallarını açıqlamayıb. Lakin "Sky Sports"-un iddiasına görə, misirli ulduz 2027-ci ilin yayına qədər "qırmızılar"da çıxış edəcək.
Qeyd edək ki, Salah bu mövsüm bütün yarışlarda 45 matçda 32 qol vurub./Publika.az