
-
- 12-04-2025, 18:50
- 298
“Real” uduz futbolçu ilə danışıqlara başladı
"Real" vinger Vinisius Junior ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb.
News24.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Braziliyalı hücumçu Səudiyyə Ərəbistanı klublarından 1 milyard avro dəyərində 5 illik sərfəli təkliflər alıb. Lakin o, belə uzunmüddətli müqavilə imzalamağa razı deyil. Bu, Vinisiusun Madrid klubu ilə davamlı əməkdaşlıq ehtimalını artırır.
Braziliyalı futbolçu ilə “Real” arasında danışıqlar davam edir. Prosesin yaxşı getdiyi, onun yeni müqavilə imzalamağa razı olduğu bildirilir.
Onun “qalaktikos” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm Vinisius 43 matçda 19 qol vurub və 11 məhsuldar ötürmə edib./Publika.az