Yaxın vaxtda Azərbaycanda hotellərin ulduz alması prosesinə başlanacaq. 

Bunu News24.az-a Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, ulduzalma prosesində bütün hotellər iştirak edə bilər, amma bunun da öz şərtləri var: "Payızda hotellərin sertifikatlaşması prosesinə başlanacaq. Bu bütün hotellərə şamil olunur. hansı hotel ulduz almaq istəyirsə, könüllü şəkildə iştirak edə bilər. Əgər hotellər standartlara uyğundursa, onun sənədləri, göstərdiyi xidmətlərin çeşidlər uyğundursa, ulduzalma prosesindən, sertifikatlaşmadan keçə biləcək".

Qeyd edək ki,  may ayında Azərbaycan Hotellər Assosasiyası “Hotrec” və “Hotel Stars Union”un nümayəndəsi seçilib. Ulduz təsnifat sistemi Avropa standartlarına uyğun olaraq Azərbaycanda tətbiq ediləcək.

Afaq Mirayiq 

loading...
Teglər: Azərbaycanda hotellərin ulduz alması Kənan Quluzadə Dövlət Turizm Agentliyi