Hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək Azərbaycanda
    • 4-12-2019, 15:28
    • 1 036

Hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək Azərbaycanda

Gələn ilin ikinci rübündən-aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq.

News24.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təsnifatlaşdırma ilk olaraq, Bakıda tətbiq ediləcək. G.Sağlam qeyd edib ki, hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək:"Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz almaq elə də çətin olmayacaq". G.Sağlam əlavə edib ki, hotellər təsnifatlaşdırılarkın oraya gizli müştərilər göndəriləcək.

Hazırda bununla bağlı iş aparıldığını deyən G.Sağlam bildirib ki, g izli müştərilər 4 və 5 ulduzlu hotellərə göndəriləcək. Üç ulduzlu hotellərə isə gizli müştərilər göndərilməyəcək:"Təsnifatlaşdırmanı keçirmədən əvvəl hotellərə gizli müştərilər göndərəcəyik. Bu, ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Beynəlxalq praktikada belə məsələ, yəni ikili yoxlama yoxdur. Bunu ona görə edirik ki, hotellərə auditor göndərilən zaman orada hər şeyi gözəl şəkildə təqdim edə bilərlər. Amma biz elə etməliyik ki, gözümüzdən heç nə qaçmasın".

G.Sağlam 3 ulduzlu hotellərə gizli müştərilərin göndərilməməsinin səbəbini açıqlayaraq qeyd edib ki, belə hotellərin təklif etdiyi xidmətlərin sayı çox deyil:"Onları yoxlamaq çox da çətin deyil. Gizli müştərilər daha çox xidmət göstərən, SPA-sı, 2-3 restoranı olan, fərqli xidmətlər göstərən hotellərə gizli müştərilərin göndərilməsi daha düzgün olar". AHA-nın Baş icraçı direktoru deyib ki, hazırda "Turizm haqqında" qanunda hotellərin ulduz alması məsələsi öz əksini tapmayıb:"Buna görə də biz yalnız müraciət edən hotelləri təsnifatlaşdırmadan keçirəcəyik. Biz bununla bağlı plan hazırlayaraq hotelləri yoxlayacayıq".


Afaq Mirayiq