Meteohəssaslar kimlərdir? Ehtiyatlı olun, infakt, insult ola bilərsiniz!
    • 8-08-2019, 16:06
    • 969

Meteohəssaslar kimlərdir? Ehtiyatlı olun, infakt, insult ola bilərsiniz!

Son günlər yay fəslinə xas olmayan hava şəraiti ilə üzləşmişik. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də bildirlir ki, son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunub. Bu isə bir çox hallarda insanların səhhətində özünü büruzə verir. Kimisi güclü baş ağrılarından, kimisi qan təzyiqinin normal olmamasından, kimsi də daxili orqanlarında ağrıların olmasından şikayətlənir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraiti zamanı meteohəssas insanlara xəbərdarlıq edir, ehtiyatlı olmağa çağırır.

Bəs, meteohəssas insanlar qrupuna kimlər daxildir? Bu kimi hallarda necə qorunmalı, əvvəlcədən nə kimi qabaqlayıcı tədbirlər görməlidirlər? 

Tibb elmləri doktoru, həkim Adil Qeybulla News24.az-ın bu və digər suallarımıza aydınlıq gətirib.

Onun sözlərinə görə, normal insanlarda iqlim təlatümləri nəticəsində elektromaqnit dalğası dəyişəndə konpensator reaksiyalar olur və ona qarşı tab gətirir: “Amma meteohəssas insanlarda damar hərəki mərkəzdə olduğuna görə damarlarda yığılıb-açılma sürətlə baş verir. Bu zaman təzyiqin qeyri-stabit olması, xəstənin haldan düşməsi, konkret somatik xəstəliklərin kəskinləşməsi və s. kimi hallar baş verir. Ona görə də bu cür xəstələr iqlim təlatümləri zamanı həkimlə məsləhətləşməlidirlər. Yəni iqlim təlatümlərinə həssas olan adamlar meteohəssas adamlar sayılır”. 

Həkim onu da əlavə edib ki, baş verən elektromaqnit qasırğası, eləcə də, günəşdə baş verən partlayışlar Yer Kürəsinə öz təsirini göstərir: “Hamının ətrafında elektromaqnit sahəsi var, bütün bunlar daha çox fiziki məsələlərdir. Bu baxımdan insan həm elektrik naqili kimi, həm elektromaqnit sahənin cismi kimi yaşayıb fəaliyyət göstərir. İqlim təlatümləri olanda, onun parametrləri dəyişəndə insan orqanizminə də təsir edir. Normal orqanizmlərdə bu proseslərə konpensator olaraq reaksiya yaranır. Məsələn, damarlar hansısa formada genişlənir, ya sıxılır. Amma meteohəssas adamlarda bu dəyişiklik çox tez baş verir. Bir-birinə keçid də tez baş verir, stabillik olmur, nəticədə xəstə haldan-hala düşür, rəngi dəyişir.  Əgər insanın təzyiqi 10-20 arası tez-tez dəyişsə, həmin adamın səhhəti normal vəziyyətdə olmayacaq. Meteohəssas insanlar təxmini bu cür adamlardır. Bu insanlarda xüsusilə də, beyin qabığı mərkəzlərinin labidliyi, yəni iqlim təlatümlərinin həssaslığı olur.  
Adil Qeybullanın sözlərinnə görə,  qan, şəkər, bronx xəstələr meteohəssaslar sayılır: “Kİmdəki spazm, genişlənmə var, onlarda bu narahatlıq özünü daha çox göstərir. Vazamator nevroz olanlar, nevrosteniklərin də iqlim təlatümlərinə həssaslığı varsa təbii ki, bunlar daha ehtiyatlı olmalıdırlar. Öz həkimləri ilə məsləhətləşməlidirlər. Həmin gün evdən çıxmamaq məsləhətdir. Əgər vacib iş yoxdursa, daha çox sakit vəziyyətdə olmalıdır. Stresslərdən uzaq olmaq lazımdır. Ola bilsin ki, belə havalarda infakt, insult başqa işemik proseslər özünü göstərsin”.

Adil Qeybulla deyir ki, bunun üçün bir sıra qabaqlayıcı tədbirlər görülə bilər: “Təzyiqi yüksək olan adamlar dərmanını vaxtında içməlidir. Günəş altında çox dayanmamalıdır. Meteohəssaslar adətən xroniki xəstə olurlar, o üzdən onlar müəyyən tibb ocaqlarında qeydiyyata salınırlar. Yaxşı olar ki, həmin insanlar qeydiyyatda olduqları yerdə belə havalarda necə davranmaları haqda həkimlə məsləhətləşinlər”.

Afaq Mirayiq