-
- 22-10-2018, 15:17
- 1 678
İnsanlarda kütləvi şəkildə baş ağrısı müşahidə edilməsinin səbəbi bilindi – HƏKİM MƏSLƏHƏTİ
Son zamanlar kütləvi olaraq insanların sağlamlığında problemlər müşahidə olunur. Əsasən baş ağrıları, ümumi halsızlıqla bağlı şikayətlər çoxalıb.
Son 10 gün ərzində bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar olur. Kimi bu halsızlığı hava ilə əlaqələndirir, kimi də ölkədə təhlükəli xəstəliklərin olduğunu deyirlər.Bəs mütəxəssislər məsələ barədə nə düşünür?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva açıqlamasında bildirib ki, bəzi insanlar hava şəraitinə həssasdır. Onun sözlərinə görə, belə şəxslərdə hava dəyişikliyi zamanı halsızlıqlar yaranır.
“Əsasən havanın təzadlı dəyişməsi nəticəsində insanlardan narahatlıq, əzginlik və halsızlıq müşahidə olunur. Kəskin istilər insan səhhətinə təsir edir.Sonrakı proses, ilin keçid dövründə atmosfer təzyiqinin kəskin tərəddüdləri meteohəssas insanların səhhətində problemlər yaradır. Yəni gün ərzində hava kəskin isti, daha sonra kəskin soyuq olursa, insan orqanizminə mənfi təsir göstərir.
Xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar belə havada problemlər yaşayır. Belə insanlar hava kəskin pisləşəndə problemlər yaşayırlar”, - deyə Umayra Tağıyeva bildirib.
Həkimlər isə insanlara belə vəzyyətdə diqqətli olmağı tövsiyyə edir.Azərbaycan Respublikasının baş terapevti, Azərbaycan Tibb Universitetinin “Terapevtik və pediatrik propedevtika” kafedrasının professoru, kardioloq Yaqub Qurbanov açıqlamasında bildirdi ki, xarici mühitin, atmosfer təzyiqinin dəyişməsinə məruz qalması, hava iqlimində baş verən dəyişikliklər nəticəsində insanların səhhətində problemlər yaranır.“Abşeronda atmosfer təzyiqi dəyişir. Bu da istər-istəməz insanlarda gözə görünmədən problemlər yaradır. Bu əsasən ürək-damar və sinir sisteminin fəaliyyətində özünü biruzə verir. İnsanlar orqanizminin müqaviməti bu zaman zəifləyir”, - deyə baş terapevt vurğulayıb.
Belə hallarda nə etmək olar?
Yaqub Qurbanov tövsiyyə edir ki, belə hallarda diqqətli olmaq lazımdır:
“Havanın dəyişməsinə uyğun olaraq, sağlam adamlar problemlər yarandıqda gərgin işləməməli, əsəsbi və gərginlik yarada biləcək hadisələrə maraq göstərməməlidirlər. Ən birinci amillərdən biri isə düzgün qidalanmaqdır.Xroniki xəstələr isə hava dəyişikliyi zamanı mütləq həkimləri ilə əlaqə saxlamalıdırlar. Mütəmadi olaraq həkim məsləhətlərinə əməl etməlidirlər”.
//baku.ws