-
- 25-12-2019, 16:54
- 858
Azərbaycanda meteohəssas insanlarla bağlı TƏDQİQAT APARILIR
"İndiki anomal istilər meteohəssas insanlara mənfi təsir göstərmir".
News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, insanların istənilən hava şəraitinə uyğunlaşması baş verir: "Məsələn, bizim vətəndaşlar şimal ölkəsinə səyahət edəndə iqlim fərqi yarandığından mənfi təsir edir. Azərbaycanda, xüsusilə də Abşeron zonasında yaşayanlar qışın mülayim-isti keçməsinə öyrəşib. Şaxtalı günlər bizdə azdır. Bakı üzrə 0 dərəcədən aşağı olan günlərin sayı il ərzində az olur".
U.Tağıyeva onu da əlavə edib ki, ETSN Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə tədqiqat aparıb:: "Müəyyən olundu ki, Azərbaycanda daha çox kəskin istilərdən əziyyət çəkən qrup üstünlük təşkil edir. Meteohəssas insanlar ürək-damar, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlər nəzərdə tutulur. Stabil isti hava şəraiti bir neçə gün davam edir, sonra kəskin dəyişiklik olanda meteohəssas insanlara mənfi təsir edir.
Xüsusən də, bu atmosfer təzyiqinin dəyişməsi ilə bağlıdır. Tutaq ki, atmosfer təzyiqi normadan aşağıdırsa, birdən birə yarım sutka ərzində 8-10 Millibar yüksəlir. İnsan orqanizmi bu yüksəlişə ləng adaptasiya olunur".
Afaq Mirayiq