
-
- 15-04-2025, 11:42
- 351
Dənizin rəngi dəyişdi
Türkiyə - Bartında qardan sonra yağış da yağıb.
News24.az xəbər verir ki, başlanğıcını Ilqaz dağlarından götürərək Bartının dağlıq ərazilərindən axan 15 kilometr uzunluğundakı Bartın çayının daşıdığı palçıqlı su Qara dənizə tökülən nöqtədə dənizin rəngini dəyişib.
Amasra və Kurucaşile rayonlarında dənizin dərələrlə birləşdiyi ərazilərdə su qəhvəyi palçığa çevrilib.
Günel Məlikzadə