İxtisas seçiminin nəticələrinin nə zaman elan olunması məlum deyil.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ixtisas seçiminin cavablarının hansı gün və saatda elan olunacağı hələ dəqiqliklə bilinmir: “İxtisas seçimi nəticələrinin elanının dəqiq vaxtını bilmirik. Ola bilsin ki, cavablar bu gün çıxmasın və sabah elan olunsun. Əgər biz bunu həqiqətən də bilsək, rəsmi şəkildə elan edər və saytımıza yerləşdirərik.

Bu texniki məsələdi və nəticələr kompüter tərəfindən müəyyənləşir. Bu 5-10 saat da çəkə bilər.

Adətən ixtisas seçimi bitdikdən 2-3 gün sonra nəticələrin elan olunacağını söyləyirik. Bunun səbəbi isə dəqiq vaxtı müəyyənləşdirə bilməməyimizdir.

2017-ci ildə cavablar gecə saat 2-də elan olunmuşdu. Biz həmin il gecə yarısına kimi cavabın çıxmasını gözlədik. Hər hansı bir saat desək və o zaman cavablar çıxmasa, sonra məsuliyyət bizim üzərimizdə olacaq.

Hazırda abituriyentlər və valideynlər narahatdılar. Bu səbəbdən, dəqiq bir söz deyə bilmərik”.

Qeyd edək ki, abituriyentlər nəticələri iş nömrələrini istənilən mobil operatordan 7727-yə göndərməklə öyrənə bilərlər. /teleqraf.com/

loading...
Teglər: Dövlət İmtahan Mərkəzi abituriyent nəticələr cavab