Oynamağa çıxdı: Saatlar sonra ölü tapıldı
    • 16-04-2025, 11:16
    • 289

Oynamağa çıxdı: Saatlar sonra ölü tapıldı

ABŞ-ın Missisipi ştatında yaşayan 6 yaşlı Qreyselin Vik aprelin 13-ü günorta saatlarında bağçasında oynamaq üçün çölə çıxıb. Lakin o, qısa müddət sonra yoxa çıxıb.

News24.az xəbər verir ki, ailəsi polisə məlumat verdikdən sonra axtarış işləri saatlarla davam edib. Səlahiyyətlilər kiçik qızın elə həmin gün saat 18:00 radələrində evinin yaxınlığında ölü tapıldığını açıqlayıb.

İstintaq davam edərkən, səlahiyyətlilər hadisə ilə bağlı heç kimin həbs edilmədiyini və hər hansı bir cinayət hadisənin olub-olmadığını söyləmək üçün hələ tez olduğunu bildiriblər. Yarılmanın nəticələri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Onu da qeyd edək ki, Qreyselinin 13 yaşlı bacısı Viktoriya 1 il əvvəl, böyük qardaşı Larri Hart isə 2021-ci ildə xəstəlikdən dünyasını dəyişib.

Günel Məlikzadə