AQTA Qurban bayramı ilə bağlı İNFOTUR KEÇİRİR
    • 9-08-2019, 12:07
    • 1 073

AQTA Qurban bayramı ilə bağlı İNFOTUR KEÇİRİR

Bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə infotur təşkil olunub. 

İnfotur çərçivəsində Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsi və Xətai rayonu ərazisində qurulan çadır tipli kəsim məntəqəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

News24.az
-ın xəbərinə görə ilk olaraq Sabunçu rayonu ərazisində fəaliyyət göstərən stasionar kəsim məntəqəsində baxış keçirilib.

AQTA-nın şöbə müdiri, Respublikanın Baş baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, Qurban bayramında heyvan kəsiminin qida təhlükəsizliyi tələblərinə əməl olunaraq təmin etmek üçün ciddi hazırlıqlar gedir: "Hazırda bu məntəqədə kəsim həyata keçirilir. Qurban bayramı günlərində də kəsim eyni sxem üzrə aparılacaq. Gətirilən heyvanlar həkim müayinəsindən keçir, bununla bərabər heyvanın haradan gətirilməsi, yerində müayinədən keçirilməsini təsdiq edən baytarlıq şəhadətnamələri təmin olunur. Agentliyin regional bölmələrinin baytarlıq müfəttişləri tərəfindən verilən bu şəhadətnamələr burada agentliyin regional bölməsininin əməkdaşları və ya ekspertiza laboratoriyasının əməkdaşları tərəfindən qəbul edilir. Heyvanın sağlamlığına tam əmin olduqdan sonra kəsim prosesi başlayır. Kəsimdən sonra bir daha ekspertizadan keçir. Sonra müvafiq qaydada möhürlənib vətəndaşların sifarişinə uyğun olaraq hazır ət bütöv və ya cəmdək formasında təhvil verilir. Eyni zamanda, kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək".

Q.Əbdüləliyev onu da əlavə edib ki, heyvanlar kəsimə sıra ilə, dalbadal aparılacaq: "Bu, heyvanların kəsimi zamanı bir-birlərini görməməsi məqsədilə edilir. Çünki heyvanlar həssasdırlar və nə baş verdiyini anlayırlar, qorxaraq stress yaşayırlar".

30 saylı qida təhlükısizliyinı nəzarət məntəqəsonin baytar həkimi Mədət Qocayev isə bildirib ki, kəsimdən öncə heyvanlara kliniki baxış keçirilir: "Kəsimə buraxdığımız heyvanın ardıcıl olaraq izlənməsi davam etdirilir. Heyvanda hər hansı xəstəliyin olmasından şübhə etsək, o zaman onu labaatoriya şəratində müaiyənəyə cəlb edirik. Heyvanın ətindən və daxili orqanlarından nümunələr götürülür. Yaxma düzəldilir və kimyəvi üsullarla analiz ediərək yoxlayırıq ki, bu cəmdək yararlıdır, yoxsa yararsızdır". Baytar həkim onu da əlavə edib ki, indiyədək məntəqələrdə xəstə heyvan aşkarlanmayıb: "Əgər xəstəlik aşkarlansa, təlimata uyğun olaraq kəsimə icazə verilmir. Əgər kəsimdən sonra ətdə hər hansı xəstəlik aşkarlanarsa, utilizasiya olunur. Heyvan kəsimindən sonra da heyvanın xüsusilə, qara və ağciyərindən nümunələr götürülərək xəstəliklər yoxlanılır. Sonra da ətin yararlı olub-olmamasını labaratoriya şəraitində müayinıdən keçiririk".

Qeyd edək ki, bayramda heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar, 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək.

Afaq Mirayiq
Foto: Fərid