İstirahət günlərinin hava proqnozu açıqlandı
    • 9-08-2019, 18:02
    • 857

İstirahət günlərinin hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Nazirlikdən News24.az-averilən məlumata görə, 

Leysan xarakterli  intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35,  dağlıq rayonlarda  20-25 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi avqustun 11-də arabir güclənəcək.

Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək. Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.Naxçıvan MR-da  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi avqustun 11-də arabir güclənəcək, avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq.

Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.  Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu  27-30, bəzi yerlərdə 34 dərəcə isti təşkil edəcək.