17 il sonra müəllimlik fəaliyyətini sonlandırdı
Şou
Əməkdar artist Lalə Məmmədova müəllimlik fəaliyyətini sonlandırıb.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O, işləri ilə bağlı bu addımı atdığını bildirib:
"Artıq müəllim kimi işləmirəm. İşlərimə görə çatdıra bilmirəm. Milli Konservatoriyada 17 il ingilis dilindən dərs demişəm".