"Bundan sonra mahnıya pul verməyəcəyəm"

"Bundan sonra mahnıya pul verməyəcəyəm" Şou

"Bəzi müğənnilər mahnılara 8-10 min manat pul verir. Sonra isə bəstəkar deyir ki, istəsəm bunu başqasına sataram. Daha bu nə oldu? Kartof satırsan? Düzgün deyil, bəs mənim pulum getdi axı".

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" verilişində deyib. O, artıq yeni mahnı almayacağını bildirib:

"Artıq bundan sonra mahnıya pul verməyəcəyəm. Nəyimə lazımdır? Hədiyyə versinlər, pul ödəməyəcəyəm. Sağ olsun bizim köhnə mahnılar. Gözəl bəstəkar mahnılarımız qalıb arxivdə. Təzə gələn mahnıların uzağı bir ay ömrü var. Heç biri tutmur. On min verməyə dəyməz".