"Qəbələ"dən 6 cavabsız qol
    • 9-08-2019, 22:26
    • 918

"Qəbələ"dən 6 cavabsız qol

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
News24.az xəbər verir ki, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” I divizion təmsilçisi MOİK-lə qarşılaşıb və 6:0 hesabı ilə qalib gəlib. Qarşılaşma Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-məşq bazasında olub. Sənan Qurbanov zədəli futbolçular Davit Volkov, İvitsa Juniç, Ülvi İsgəndərov, Kristian Kouakou və Yusif Nəbiyev istisna olmaqla bütün oyunçulara bu matçda şans verib.
Xatırladaq ki, “Qəbələ” mövsümə avqustun 17-də “Sumqayıt”la ev oyunu ilə start verəcək.