Harvard Universitetində atışma

Harvard Universitetində atışma Dünya

ABŞ-da Harvard Universitetinin kampusunda atəş səsləri eşidilib.

News24.az xəbər verir ki, dərhal universitet əməkdaşları və tələbələr üçün təhlükəsizlik tədbirləri görülüb.

Universitetin şəhərciyindəki metro stansiyasında atəş səsləri eşidildikdən sonra məktəb rəhbərliyi elektron poçt vasitəsilə xəbərdarlıq mesajı göndərib.

Tələbələrə və işçilərə göndərilən e-poçtda hər kəsdən bir müddət öz yerlərində qalmaları və indiki yerlərini tərk etməmələri istənilib. Eyni zamanda, metrodan istifadə edən bəzi sərnişinlər isə təhlükəsizlik səbəbi ilə avtobuslara yönləndirilib.

Xəbərdarlıq mesajında polisin Harvard Meydanı metro stansiyası yaxınlığında şübhəli şəxsi axtardığı bildirilib. Mesajda hadisə zamanı yaralanan və ya ölənlərin olub-olmaması ilə bağlı hər hansı məlumat verilməyib. 

Onu da qeyd edək ki, hadisə məktəbə yaxın ərazidə metro xidmətlərində gecikmələrə səbəb olub.

Günel Məlikzadə