Küçənin ortasında dəhşətli qətl
Dünya
Qaziantepdə küçənin ortasında qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, 47 yaşlı Hayri Taşkın adlı şəxs ov tüfəngi ilə vurulub.
Şübhəli və ya şübhəlilər isə hadisə yerindən qaçıb.
Xəstəxanaya çatdırılan Hayri Taşkını xilas etmək mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırma başladıb.
Günel Məlikzadə