Gecə klubuna hücum: - "Məndən çox pul aldılar"
Dünya
İstanbulda bir nəfər gecə klubunda hesabın çox yüksək olduğunu iddia edərək atəş açıb.
News24.az xəbər verir ki, xüsusi icazə ilə həbsdən çıxan Ali Can B. gecə saatlarında gecə klubuna gedib. Orada bir müddət əylənən şəxs hesab çox olanda əvvəlcə işçilərlə mübahisə edib, sonra isə qovulub.
Bu vəziyyəti qəbul edə bilməyən Ali Can B. səhər saatlarında silahla məkanın qarşısına gəlib. O hadisə yerinə güllə yağdırıb və sonra qaçıb.
Hadisədən sonra hərəkətə keçən polis qrupları Alini hadisədə istifadə etdiyi sənədsiz silahla yaxalayıb.
Saxlanılan və üzərindən 4 ədəd maddə olan Ali Can B. polis bölməsinə aparılıb.
Günel Məlikzadə