18 yaşlı idmançı faciəvi şəkildə öldü

18 yaşlı idmançı faciəvi şəkildə öldü İdman


Fransalı xizəkçi Marqot Simond “Red Bull Alp Park” yarışına hazırlıq çərçivəsində “Val d'Isere” kurortunda məşq edərkən faciəvi şəkildə ölüb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı idmançı bədbəxt hadisənin qurbanı olub. Onun ölüm şəraiti açıqlanmayəb. Turnir də ləğv edilib.

“Təcili yardım həkimi faciəli hadisədən dərhal sonra müdaxilə etsə də, onu həyata qaytara bilməyib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Simond 18 yaşında slalom üzrə Fransa çempionu olub.