Firudin Sinirlioğlu: - ATƏT regionda sülhə nail olmaq öhdəliyi daşıyır
Siyasət
"Bura mənim baş katib kimi ilk rəsmi səfərimdir".
News24.az xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
“ATƏT olaraq biz regionda sülhə nail olmaq öhdəliyi daşıyırıq. Mən bunu Ermənistan və Gürcüstanda olan tərəfdaşlarla danışıqlar zamanı da bildirdim. Ərazi bütövlüyü prinsipinə əməl olunmalıdır. Azərbaycan və Ermənistan arasında olan sülh sazişinə dair razılığı yüksək qiymətləndirirəm. Biz digər vacib mövzularda da Azərbaycanla əməkdaşlığa davam edəcəyik. Mən ölkənizin proaktiv iqlim liderliyini yüksək qiymətləndirirəm”, - Feridun Sinirlioğlu qeyd edib.