Dayısı oğlunun arvadını öldürməklə hədələyib EVİNİ SOYDU
    • 13-08-2019, 16:05
    • 735

Dayısı oğlunun arvadını öldürməklə hədələyib EVİNİ SOYDU

Bakının Nəsimi rayonunda qrup şəklində törədilmiş quldur basqını nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Nəsimi Rayon Polis Bölməsindən məlumat veriblər.

Üç kişi Mərdanov qardaşları küçəsində yaşayan 1991-ci il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlunun evinə girərək ondan pul tələb ediblər. T.Mustafayev cinayətkarların tələbini yerinə yetirməkdən imtina edib.

Bu zaman onlardan biri T.Mustafayevin başına yumruq zərbəsi endirib. Ardından cinayətkarlar ev sahibinin həyat yoldaşı olan 1993-cü il təvəllüdlü Xuraman Məmmədovanı bıçaqla öldürməklə hədələyiblər.

Onlar bu yolla evdən iki mobil telefon, yeddi min manat, bank kartı və sürücülük vəsiqəsi götürüblər. Şikayətçilər bildiriblər ki, cinayətkarlar üzlərini kovboy tərzinə bənzər burun yaylığı ilə gizlədiblər.

Aldığı zərbələrdən T.Mustafayev yardım üçün Kliniki Tibbi Mərkəzə müraciət etməli olub. 
20-ci Polis Bölməsinin əməkdaşları aparılmış operatov-axtarış tədbirləri zamanı şübhəlilərdən birini saxlayıblar. Bu, xəsarət alanın dayısı oğlu 1998-ci il təvəllüdlü Tağıyev Sahib Teymur oğludur. S.Tağıyevin əlbir olduğu cinayətkarların axtarışı isə davam edir.

Quldurluq faktı ilə bağlı cinayət işi qaldırılıb. /oxu.az/