Azərbaycan millisinin üzvü qabırğasını sındırdı

Azərbaycan millisinin üzvü qabırğasını sındırdı İdman


Azərbaycan milli komandasının cüdoçusu Vüsal Qələndərzadə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində ağır zədə alıb.

News24.az xəbər verir ki, bu barədə Teleqraf-a federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, 73 kq çəki dərəcəsində çıxış edən Qələndərzadənin qabırğası sınıb:

"Ona görə həm 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu, həm də təsəlliverici görüşə çıxa bilmədi. Zədəsinin bərpası təxminən 2-3 ay çəkəcək”.