Ankarada şəhidin dəfn mərasimində Kamal Kılıçdaroğluna hücum edilib - FOTOLAR
    • 21-04-2019, 18:45
    • 798

Ankarada şəhidin dəfn mərasimində Kamal Kılıçdaroğluna hücum edilib - FOTOLAR

Ankaranın Çubuk rayonunda şəhidin dəfn mərasimində bir qrupun hücumuna məruz qalan Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu partiyasının qərargahına gəlib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, K. Kılıçdaroğlu hücumdan sonra aparıldığı evdən müdafiə naziri Hulusi Akar və polisin müşayiəti ilə çıxıb və zirehli maşına əyləşdirilib.

CHP sədri zirehli maşınla partiya qərargahına gətirilib. K. Kılıçdaroğlunu Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş da müşayiət edib.

Qeyd edək ki, hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.