SON DƏQİQƏ! Təyyarə quşla toqquşdu - 9 uşaq xəsarət aldı - FOTO - VİDEO
    • 15-08-2019, 11:30
    • 941

SON DƏQİQƏ! Təyyarə quşla toqquşdu - 9 uşaq xəsarət aldı - FOTO - VİDEO

"Ural" aviaşirkətinə məxsus A-321 təyyarəsi qəzaya uğrayıb. 

News24.az Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, uçuşdan bir müddət sonra mühərrikində yanğın baş verən təyyarə təcili eniş etmək məcburiyyətində qalıb. Yanğına səbəb təyyarənin mühərriklərinə quşun girməsi olub. 

Qıza zamanı təyyarənin göyərtəsində 7 ekipaj üzvü olmaqla ümumilikdə 234 nəfər olub. insan tələfatının olmadığı hadisədə 9 uşaq, 14 böyük xəsarət alıb və xəstəxanaya çatdırılıblar.