Sərhəddən 1360 ədəd siqaret KEÇİRMƏK İSTƏDİ
    • 15-08-2019, 11:40
    • 839

Sərhəddən 1360 ədəd siqaret KEÇİRMƏK İSTƏDİ

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində "Yellow label" və 800 ədəd üzərində "Purple wave" yazıları olan "Heets" markalı elektron siqaretlər aşkarlanıb.