Sumqayıtda zəncirvari yol qəzası oldu, - yaralılar var

Sumqayıtda zəncirvari yol qəzası oldu, - yaralılar var Hadisə

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az  “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


Sumqayıtda zəncirvari yol qəzası oldu, - yaralılar var