Sinəsinə armatur batan fəhlə - VƏFAT ETDİ

Sinəsinə armatur batan fəhlə - VƏFAT ETDİ Hadisə

1992-ci il təvəllüdlü şəxs (kişi cinsli) 13.05.2025-ci il tarixində saat 11:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasında hospitalizasiya olunub. 

Ona metal yad cisminin təsirindən müxtəlif travmalar səbəbi ilə posttravmatik və posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:20 radələrində onun ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bununla bağlı News24.az-a TƏBİB-dən məlumat verilib

***

Ağdamda fəhlənin sinəsinə armatur batıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə işğaldan azad olunmuş Ağdam şəhərində baş verib.

Sənan Mustafayev işləyərkən yıxılıb və bu zaman onun döş qəfəsinə armatur batıb. Xəsarət almış şəxs Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Yaralının xilas edilməsi məqsədilə mərkəzə FHN-in xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.