Baş nazir Starmerin evləri - YANDIRILDI
Dünya
İngiltərədə baş nazir Keir Starmerə məxsus evlərdə yanğınlar baş verib.
News24.az xəbər verir ki, polis, 21 yaşlı bir gəncin bu yanğınlardan sonra bir sıra hücumlarına görə həbs edildiyini açıqlayıb.
Gənc səhər saatlarında “həyatı təhlükə altına almaq məqsədi ilə yanğın törətmək” şübhəsi ilə saxlanılıb.
Yanğınların Starmerə aid olduğu iki evin qapısında 24 saat arayla meydana gəldiyi bildirilib.
Hadisə Londonun şimalındakı iki evdə, biri bazar ertəsi, digəri isə bazar günü, 24 saat fərqlə baş verib. Hər iki ev Keir Starmerlə əlaqələndirilib.
Əməliyyatçılar həmçinin ötən cümə axşamı baş verən avtomobil yanğınının da əlaqəsi olub-olmadığını araşdırır.
Günel Məlikzadə