Gömrükçülər sərhəddə 9600 ədəd siqaret AŞKARLADI
    • 16-08-2019, 14:30
    • 760

Gömrükçülər sərhəddə 9600 ədəd siqaret AŞKARLADI

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "VAZ 21093" markalı avtomobil saxlanılıb.

DGK-nın mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, gömrük baxışı zamanı sözügedən nəqliyyat vasitəsinin baqajında, yanacaq çəni üçün nəzərdə tutulan qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 9600 ədəd "Heets" markalı siqaret aşkarlanıb.