Ukrayna döyüş hazırlığına başladı: - Hədəf bu şəhərdir

Ukrayna döyüş hazırlığına başladı: - Hədəf bu şəhərdir Dünya

Ukrayna Silahlı Qüvvələri ölkənin şimalında Sumı uğrunda döyüşlərə hazırlaşır.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanları məlumat yayıb.

"Ukrayna Sumı rayonunda, həm də vilayətinin dərinliklərində mühəndis strukturlarının tikintisini davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı vilayət mərkəzi üçün hərbi əməliyyatlara hazırlaşır", - agentliyin mənbəsi bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna qoşunları Sumı vilayətinin Yunakovka kəndini saxlamağa çalışır. Qəsəbənin böyük logistik mərkəzə çevrildiyi qeyd edilir.

\\\\Publika.az