-
- 16-08-2019, 15:46
- 861
Azərbaycanda 10 rayona qaz veriləcək - SİYAHI
Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivləri açılışa tam hazırdır.
«Azəriqaz» İB-dən News24.az-a verilən məlumata görə, son tamamlanma aparılan məntəqələryaxın zamanda qazla təmin olunacaq. Beləliklə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı fərmanından irəli gələrək həyata keçirilir.