Fransadan Rusiyaya sanksiya təhlükəsi
Dünya
Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında gündəmdə olan atəşkəslə bağlı açıqlamalar verib.
News24,az xəbər verir ki, Makron Ukrayna ilə atəşkəsi qəbul etməsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb, "Məqsədimiz yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdir. Biz bu məsələdə koordinasiyadayıq" dedi.
Makron bəyan edib ki, sanksiyaların hədəfi Rusiyanın maliyyə xidmətləri, neft və təbii qaz sənayesidir.
Digər tərəfdən, Rusiya və Ukraynanın mayın 15-də İstanbulda görüşəcəyi gözlənilir.
Səma