Kruiz gəmisində naməlum virus yayıldı
Dünya
Kruiz gəmisində naməlum mədə-bağırsaq xəstəliyi yayılıb.
News24.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat verib.
Xəstəlik 12 günlük Karib dənizi səyahətinin başlamasından dörd gün sonra yayılmağa başlayıb.
Gəminin 134 sərnişini və 14 ekipaj üzvü qusma və ishaldan şikayət edib. Xəstəliyin mənbəyi hələ müəyyənləşdirilməyib.
Hadisəyə baxmayaraq, “Caribbean Princess” gəmisi planlaşdırılan marşrut üzrə hərəkətini davam etdirir. Gəminin noyabrın 23-də ABŞ-nin Florida ştatına qayıtması gözlənilir.