ABŞ-də güclü zəlzələ oldu

ABŞ-də güclü zəlzələ oldu Dünya

ABŞ-nin Kaliforniya ştatında 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 157 min nəfər əhalisi olan Salinas şəhərindən 39 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.