Türkiyədən NATO-ya irad: Təhlükəsizliyimizi qoruya bilmirsiniz

Türkiyədən NATO-ya irad: Təhlükəsizliyimizi qoruya bilmirsiniz Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Atlantika Alyansının (NATO) formalaşdırdığı təhlükəsizlik arxitekturasının ölkəni Yaxın Şərqdən qaynaqlanan təhdidlərdən qoruya bilmədiyini bəyan edib.

News24.az xəbər verir ki, Türkiyə NATO-nun mühüm üzvü olsa da, alyansın Avropada qurduğu təhlükəsizlik sistemi Yaxın Şərq regionunu əhatə etmir.

Hakan Fidan bildirib ki, Ankara uzun illərdir İraq və Suriyadan qaynaqlanan təhlükələrlə üzləşir.

Nazirin sözlərinə görə, Avropanın təhlükəsizlik sistemi uzun müddət NATO-nun mövcudluğu əsasında formalaşıb. Lakin Türkiyənin təhlükəsizlik maraqları Avropadan kənardakı regionları da əhatə etdiyindən bu amil nəzərə alınmalıdır.