Avtomobilinin yaşı 10 ildən artıq olanlar - CƏRİMƏLƏNƏCƏK - YENİLİK

Avtomobilinin yaşı 10 ildən artıq olanlar - CƏRİMƏLƏNƏCƏK - YENİLİK Dünya

Rusiya Dövlət Yol Müfəttişliyi yaşı 10 ildən artıq köhnə avtomobillərə nəzarəti gücləndirib. 

News24.az-ın xəbərinə görə, statistika göstərir ki, hər dördüncü yol-nəqliyyat hadisəsi məhz köhnə avtomobillərin texniki nasazlığı səbəbindən baş verir.

Ən çox rast gəlinən nasazlıqlar:

– Əyləc sistemində problemlər (köhnəlmiş balatalar, sızan maye, boşluqlu sükan)

– Yanmış və ya işləməyən işıqlar

– Protektor dərinliyi normaldan az olan köhnəlmiş təkərlər

– Kuzovda korroziya, çatlar, çirklənmiş nömrə nişanları

Cərimələr və nəticələr:

– Kiçik nasazlıqlara görə xəbərdarlıq və ya 500 rubla qədər cərimə

– Ciddi problemlər halında avtomobil istismardan kənarlaşdırıla bilər

– Təkrar pozuntu 5000 rubla qədər cərimə və ya sürücülük hüququnun 1-3 ay müddətinə məhdudlaşdırılması ilə nəticələnə bilər

Avtomobilinizin texniki vəziyyətini daim nəzarətdə saxlayın – bu, həm təhlükəsizlik, həm də cərimələrdən yayınmaq üçün vacibdir.

Aqil