Diva vəsiyyətini açıqladı: - "Uşaqlar üçün xüsusi hissə hazırlamışam"
Şou
Diva vəsiyyətini açıqladı: "Uşaqlar üçün xüsusi hissə hazırlamışam"Türkiyənin məşhur sənətçisi və sərvəti ilə gündəmdən düşməyən Bülent Ersoy İzmirdə verdiyi konsert zamanı maraqlı açıqlamalarla diqqət çəkib.
News24.az big.az-a istinadən xəbər verir ki, "diva" səhnədə çıxışı zamanı vəsiyyətinin artıq hazır olduğunu bildirib:
"Allah mənə övlad sahibi olmağı nəsib etməyib. Amma mən uşaqları çox sevirəm. Vəsiyyətimdə onlar üçün xüsusi bir bənd ayırmışam. Çünki onlar gələcəyin böyükləridir. Mən istəyirəm ki, rahat və hüzur içində yaşasınlar".
Sənətçinin bu sözləri zalda duyğulu anlar yaşadıb və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.