Suda boğulan oğlunun öldüyünə inanmayan valideynlər görün nə etdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN - VİDEO
    • 17-08-2019, 11:30
    • 3 125

Suda boğulan oğlunun öldüyünə inanmayan valideynlər görün nə etdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN - VİDEO

Suda boğulan oğlunun öldüyünə inanmayan valideynlərin görüntüsü ürək dağlayıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Adanada qeydə alınıb. Sərinləmək üçün gölə girən 18 yaşlı İbrahim Merri boğulduğu üçün valideynlərindən kömək istəyib. Lakin, onun zarafat etdiyini düşünən valideynlər buna əhəmiyyət verməyiblər. Daha sonra övladlarını xilas etmək istəyən ana və ata özləri də batma təhlükəsi ilə üz-üzə qalıblar. Hadisə yerinə gələn xilasetmə komandası 18 yaşlı gəncin meyitini sudan çıxarıblar. 25 dəqiqə ürək masajı edilən İ.Merrini həyata qaytarmaq mümkün olmayıb. Övladlarının ölümünü qəbul etməyən valideynlər bir müddət özləri də ürək massajı ediblər. 

Yaranan görüntünü ətrafdakılar göz yaşları ilə izləyiblər.