-
- 17-08-2019, 12:57
- 1 709
"Xətai" metrosunda təmir işləri yekunlaşdı
"Xətai" metrostansiyasında təmir işləri yekunlaşmaq üzrədir".
Bunu News24.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, stansiyadakı təmir işləri tamamlanmaq üzrədir: «Gələn həftə təmizlik, abadlaşlma aparılacaq. Stansiyasının açılışı ilə bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək».
Xatırladaq ki, "Xətai" metrosu ötən il sentyabrın 27-dən təmirlə əlaqədar bağlanıb. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcəyi və əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacağı bildirlirdi. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülməli idi.
Afaq Mirayiq