“Xətai” metrostansiyası açıldı - FOTOSESSİYA
    • 12-09-2019, 11:00
    • 1 439

“Xətai” metrostansiyası açıldı - FOTOSESSİYA

Bakı metrosunun “Xətai” stansiyası istifadəyə verilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun News24.az-a verdiyi məlumata görə, bu gün stansiyanın açılışı olub.

Qeyd edək ki, “Xətai” stansiyası ötən ilin sentyabr ayında təmirə bağlanıb. Stansiyada 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Həmçinin, stansiyada digər infrastrukturun da yenilənməsi işləri həyata keçirilib.

Afaq Mirayiq 
Fotolar- Fərid Şabanov