“Göy qurşağının üstündə” filminin ulduzu VƏFAT ETDİ

“Göy qurşağının üstündə” filminin ulduzu VƏFAT ETDİ Şou


Sovet və Estoniya kino və teatr aktrisası, balerina və xoreoqraf Tatyana Basova (Jarvi) 65 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Õhtuleht"ə onun qızı Ellen Kilqas məlumat verib.

O qeyd edib ki, Basova uzun sürən xəstəlikdən sonra aprelin 30-da dünyasını dəyişib.

"Uzun sürən xəstəlik idi. Noyabr ayında diz əməliyyatından sonra onun vəziyyəti pisləşməyə başladı. Bu, xərçəng deyildi, birdən-birə bir-birinə qarışan bir neçə problem yarandı. Bədən yad cismi qəbul etmirdi, ümumi vəziyyət isə zəif idi", - Kilqas bildirib.

O əlavə edib ki, həkimlər anası üçün əlindən gələni edib və sona qədər ona dəstək olublar.

Yarvi (qızlıq soyadı Basova) 7 iyun 1960-cı ildə anadan olub. 1978-ci ildə Tallin Xoreoqrafiya Məktəbini bitirib. 2005-ci ildə Tallin Universitetində xoreoqrafiya üzrə bakalavr dərəcəsi alıb.

O, 1978-ci ildən Estoniya Teatrının truppasında balerina kimi çalışıb. Sonra Nordstar müasir balet və Tallin Opera Teatrının truppasında solist kimi işləyib. Rəqs nömrələri hazırlayıb, estrada şoularında çıxış edib, televiziya tamaşalarında və filmlərdə rol alıb. "Mənim gözəl xanımım" musiqili filmində o, rejissor Georgi Yunqvald-Xilkeviçin diqqətini çəkib və "Göy qurşağının üstündə" filmində baş rola dəvət aalıb. Filmdə Basova tarix müəllimi "Svetlana Mixaylovna" rolunu oynayıb.