Məşhurlar tətildə - KİM HARADA İSTİRAHƏT EDİR - FOTO
    • 17-08-2019, 16:05
    • 1 816

Məşhurlar tətildə - KİM HARADA İSTİRAHƏT EDİR - FOTO

Yay fəslinin bitməsinə sayılı günlər qalır. 

Bəs Azərbaycanlı məşhurlar arasında kimlər harada istirahət etdi? News24.az tətil üçün ölkə xaricinə yollanan məşhurların siyahısını təqdim edir:

Xalq artisti Alim Qasımov vaxtaşırı olaraq müalicə üçün Yessentukiyə yollanır. Muğam ustadı bu dəfə ənənəsinə sadiq qalıb. 

Xalq artisti Faiq Ağayev də isti günlərdən istifadə edərək istirahətin dadını çıxarıb. O, Antalyanın Side şəhərinə üstünlük verib. 

Müğənni Eldar Qasımov isə Kuş adasındadır. İfaçı istirahətindən olan fotoları instagram hesabında izləyiciləri ilə bölüşüb. 

Aparıcı Zümrüd Bədəlova isə qızı və bəstəkar qardaşı Zülfü Bədəlov ilə əvvəlcə Gürcüstana sonra isə Türkiyəyə üz tutub. Z.Bədəlova digər məşhurlardan fərqli olaraq Trabzonun Uzun göl bölgəsini seçib. 


Aktrisa Pərvin Abıyeva istirahəti Fransadakı istirahətini başa vurub, Türkiyənin Alaçatı bölgəsinə yollanıb. 

Müğənni Nigar Camal övladları və Rəfiqəsi ilə Bodrumdadır. N.Camal da həmkarı Eldar Qasımov kimi istirahətindən olan görüntüləri şəxsi instagram hesabında paylaşır. 

Müğənni Günay İbrahimli isə bu il istirahət üçün Türkiyəyə yox deyib. Onun seçimi isə Kipr olub. 

Aysel Əlizadə də həmkarlarının çoxu kimi istirahət üçün vaxt ayırıb. Müğənni Bodrumda dincəlir.