Mer gey olduğunu etiraf etdi
    • 18-08-2019, 12:29
    • 1 102

Mer gey olduğunu etiraf etdi "Bunun üçün 40 il vaxt lazım oldu"

Ottava meri Cim Votson homoseksual olduğunu etiraf edib. 
O, “coming out”u  “Ottawa Citizen” nəşrində edib.
58 yaşlı Votson uzun müddət açıq gey olmaq qərarı ilə mübarizə apardığını və etirafın ailəsi, dostları və siyasi tərəfdarları ilə əlaqələrinə necə təsir edəcəyinə şübhə etdiyini bildirib.
“Mən geyəm. Bəli, mən dedim, daha doğrusu yazdım. Bu iki sözü səsləndirmək üçün mənə təxminən 40 il vaxt lazım oldu”, - deyə Votson yazıb.
Kanadanın Baş naziri Castin Trüdo Cim Votsonu etirafından sonra dəstəkləyib. 
“Mən əminəm ki, bu, Ottava sakinləri və bütün kanadalıları necə olduqlarından çəkinməməyə ruhlandıracaq cəsarətli sözlərdir”, - deyə Trüdo özünün “twitter” səhifəsində yazıb.