Şirvanda eyvan çökdü, qadın altında qaldı
    • 18-08-2019, 15:05
    • 706

Şirvanda eyvan çökdü, qadın altında qaldı

Şirvanda şəhər Nəriman Nərimanov küçəsi 9 ünvanında bədbəxt hadisə baş verib.
News24.azxəbər verir ki, 3-cü mərtəbənin eyvanı çökərək alt mərtəbəyə düşüb. Nəticədə eyvanın üzərində olan Şirinova Lətifə Rəsul qızı dağıntılar altında qalıb.
Sınıq xəsarətləri alan 1954-cü il təvəllüdlü qadın şəhər xəstəxanasına çatdırılıb.