10 yaşlı uşağın məşq zamanı ÜRƏYİ DAYANDI
    • 23-05-2025, 13:02
    • 2 780

10 yaşlı uşağın məşq zamanı ÜRƏYİ DAYANDI

Dağıstanın İdman Nazirliyinin məlumatına görə, on yaşlı bir oğlan idman məktəbində məşq etdikdən sonra xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, məşq zamanı uşağın səhhəti pisləşib. 

Böyüklər vəziyyətə diqqət yetirərək təcili yardım çağırıblar. Uşaq Mahaçqala şəhərindəki tibb müəssisəsinə aparılıb, lakin orada onun ürəyi dayanıb.

Sonradan məlum olub ki, uşağın əvvəldən ciddi sağlamlıq problemləri olub, lakin bunlar daha əvvəl aşkarlanmayıb.

Nazirlik valideynləri uşaqları mütəmadi tibbi müayinələrə aparmağa çağırıb ki, xəstəliklər vaxtında aşkarlansın.

Məryəm İlhamqızı