Kür çayında gəmidə iş görən zaman
    • 24-07-2019, 21:02
    • 1 033

Kür çayında gəmidə iş görən zaman "Tok" vurdu

Neftçala rayonunda 49 yaşlı kişini elektrik cərəyanı vurub.

News24.az xəbər verir ki, hadisə Kür çayının Bankə qəsəbəsindən keçən hissəsində baş verib.

Kür çayındakı gəmilərin birində iş görən zaman qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ağayev Kamran Ayaz oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.