-
- 20-08-2019, 09:03
- 749
Sabah akademik borcları qalan ATU tələbələri imtahan verəcəklər
Azərbaycan Tibb Universitetinin (ATU) rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblər.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev, İmtahan Mərkəzinin icraçı direktoru Ülkər Cəfərova imtahan verən tələbələrlə söhbət edərək onların fikirlərini öyrəniblər.
Qeyd edək ki, ATU-da yay semestri (yay məktəbi) iyulun 15-dən başlayıb və avqustun 16-da işini yekunlaşdırıb. Məktəbi bitirən tələbələr bu gün - avqustun 19-da, həmçinin 21 və 23-də imtahan verəcəklər.
Yay məktəbinin təşkilində əsas məqsəd akademik borcları qalan tələbələrə bu borcları ləğv etmək imkanının yaradılmasıdır.
Bu il yay məktəbi tələbələrin istəyi ilə 10-dan çox fənn üzrə keçirilib.
Hər tələbəyə sualların cavablandırılması üçün 50 dəqiqə vaxt ayrılır. Ümumilikdə, bu il yay məktəbi üzrə 84 tələbə imtahan verəcək.