Adidas-a kiberhücum: - Məlumatlar oğurlandı
Dünya
İdman geyimləri nəhəngi "Adidas" müştərilərinin şəxsi məlumatlarının oğurlandığı kiberhücuma məruz qaldığını açıqlayıb.
News24.az xəbər verir ki, şirkət, hücum edənlərin "müəyyən istehlakçı məlumatları" əldə etdiyini və bunun insanların əlaqə məlumatlarından ibarət olduğunu bildirib.
"Adidas" parolların, kredit kartı məlumatlarının və digər ödəniş məlumatlarının pozulmadığını vurğulayıb.
Onu da qeyd edək ki, bu hadisə "Marks & Spencer və Co-op" kimi pərakəndə satış şirkətlərini də hədəf alan irimiqyaslı kiberhücumlardan sonra baş verib.
Günel Məlikzadə