Mustafa Tayatdan azərbaycanlı qıza MASAJ TƏKLİFİ – ŞOK İDDİA
    • 20-08-2019, 19:41
    • 4 768

Mustafa Tayatdan azərbaycanlı qıza MASAJ TƏKLİFİ – ŞOK İDDİA

“Məni masaj elə" - Bakı sakini olan qadından "Mustafa Tayat"la bağlı ŞOK İDDİA 
- Masaj yapmayı biliyormusun? Sənin əllərin böyük, iyi yaparsın!
- Xeyr.
- Peki, kaş almağı biliyormusun?...


News24.az-a müraciət edən Bakı sakini Səkinə Quliyeva (ad şərtidir) bu dialoqun onunla “Mustafa Tayat”ın rəhbəri arasında baş verdiyini bildirib. 

Təhqir olunduğunu, bu məsələnin ictimailəşdirməsini istədiyini bildirən şikayətçinin sözlərinə görə, qeydiyyat şöbəsi üçün iş elanını “feysbuk”da görüb və müraciət edib: “3 gün sınaq müddətində işlədim, üçüncü gün dözməyib çıxdım. Düzünü deyim, gördüklərimin, eşitdiklərimin şokundan hələ də ayılmamışam. Əsas onun şahidi oldum ki, daha çox xarici görünüşü qəşəng olan xanımlara katibə işi təklif olunur, razılaşmadıqda isə başqa vakansiyalar təklif edilir. İnsan resursları üzrə mütəxəssis məni Mustafa bəylə görüşə xüsusi hazırlayanda narahat oldum. Geyimimə fikir verməyi, saçımı daha qəşəng yığmağımı istədi. Düzünü desəm, bu xoşuma gəlməsə də, əhəmiyyət vermədim. Sonra isə Mustafa bəy məni otağına çağırdı. Onun otağının içində bir otaq da var idi. Başımı içəri uzatdım, gördüm, yerə döşək atıb, üstündə uzanıb. Elə uzanıqlı şəkildə mənə "masaj yapmayı biliyormusun, sənin əllərin böyük, iyi yaparsın" -dedi. Yerimdə dondum, başım gicəlləndi. İlk dəfə idi ki, belə bir vəziyyətlə rastlaşırdım, yorğan-döşəkdə uzanmış biri ilə iş haqda danışıldığını görürdüm.  Özümü təhqir olunmuş hiss elədim. Azərbaycanda qadınların bir daha belə biabırçılıqla üzləşməsini istəmirəm".

Söylənilən iddia ilə bağlı sözügedən mağazanın rəhbəri Mustafa Tayatla əlaqə saxladıq.

“Sizin bu məsələ ilə bağlı mənə zəng etməyə haqqınız yoxdur” deyən mağaza rəhbəri News24.az-a açıqlamasında məsələnii belə şərh etdi: “Burada 146 işçi çalışdırıram. Mən onu bir gün işdə gördüm. Bizim bir əməkdaşımız oğlanla səmimi münasibətinin şahidi oldum. Bu üzdən də onu işdən çıxardım. Bura elə firma deyil. Belə axmaq adamlar üçün bizi niyə narahat edirsiz? Azərbaycanda o qədər axmaq insan var ki...

Mən onu işə alanı da burdan uzaqlaşdırdım. Elə axmaq, sapıq qadını işə götürdüyü üçün onu da işdən uzaqlaşdırdım. Burda o qıza kim neynəyib ki?! Mənim 10 şahidim var. Gün yarım işləyib, həmin müddətdə də mağazaya gələnlərdən birinə nömrəsini verib və onunla səmimi olub. Biz də buna icazə vermədik və onu işdən çıxardıq. İşdən çıxardıq deyə bizə şər atacaqmı? Ayıb məsələdir!” 

M.Tayat söylənilənlərin cəfəngiyyat olduğunu vurğuladı: “Söz deyəndə bir onu deyənə, bir də söz ünvanlanan firmaya baxacaqsız. Cəfəng bir şeyə görə bir adama zəng olunması, araşırılma aparılması yanlışdır. Bura tamamilə kameralarla təchiz olunub. Bir insan işdən tərbiyəli şəkildə çıxar. Burda ona heç kim heç nə etməyib. Burda 5 gün sınaq müddəti verilir. Biz dedik, belə şeylərə icazə vermərik. Gələn müştərilərimizlə səmimiyyət qura bilməzsən. Telefon verə bilməzsən. Mən də onu işə götürən qadına dedim ki, işdən uzaqlaşdır. Onun  yolu yol deyil. İlk gün bunu edirsə, sabahısı...
Bizim “Mustafa Tayat” mağazalarımızda belə hərəkətlərə icazə yoxdur. Bizim mağazalarımızda bir işçi, bir menecer  birinə narahatlıq veriyi zaman onların ikisini də birdən işdən çıxarırıq. Biz 13 ildir burda işləyirik. Bir neçə küçə adamı üçün belə söhbətlərə qulaq asmayın. Ayıb şeylərdir!”.