Aktrisa Mustafa Sandalı "iynələdi"
    • 14-11-2018, 15:21
    • 828

Aktrisa Mustafa Sandalı "iynələdi"

Türk müğənnisi Mustafa Sandalın aktrisa Ceren Hindistanla eşq yaşadığı iddia edilərkən xəbər yalan çıxdı.

Mustafanın başqa aktrisa - Irmak Ünalla sevgili olduğu bəlli oldu. Bu xəbər isə Cerenə pis təsir etdi. Şok yaşayan Ceren Mustafanı qınadı və onun haqqında maraqlı açıqlamalar verdi. Aktrisa bir proqrama canlı telefon bağlantısı ilə qoşularaq, haqqında müğənni ilə çıxan eşq dedi-qodusuna Mustafanın səbəb olduğunu bildirdi. Əminliklə dedi ki, Mustafa ona çox böyük ədəbsizlik edib: "Haqqımızda şaiə çıxarkən heyranı olduğum Mustafa bəyə zəng etdim. O da əvəzində dedi ki, mənə bu xəbərlə yox, Ceren kimi, bir qadın kimi gəl. Heç kimə açıqlama vermə. Madam ki, şaiə çıxıb, gəl doğrudan da eşq yaşayaq. Mən də ona inandım. Ona görə susub, mediaya xəbərin yalan olduğunu açıqlamadım. İlk dəfə elə danışanda elə bildim sərxoşdur. Sonra məni inandırıb, ələ aldı... İndi isə eşidirəm ki, haqqımızda xəbər yayılarkən Mustaba bəy artıq Irmak Ünalla sevgi münasibətinə başlayıbmış... Bilmirəm, onun məni bu qədər pis vəziyyətə salmasına nə gərək vardı. Halbuki mən onun müğənni kimi heyranı olmuşam"...
Mustafa tərəfindən yaşadıqlarını çirkinlik adlandıran Ceren heyranı olduğu sənətçini "iynələməyi" də unutmayıb. "Ona pərəstiş etməyə davam edəcəm, mahnılarını dinləyəcəm. Amma nə etməli, ağır zamanlar yaşayır. Qoy, xoşbəxt olsun" - deyərək, ironiya edib.

News24.Az